HRM Mini MBA Sertifikatlı Təlim Proqramı
İnsan Resurslarının idarə edilməsi üzrə 110 saatlıq praktiki təlim proqramı
Başlanğıc: 1 iyun 2025
Lokasiya:
Layihə Haqqında
“HRM Mini MBA” – İnsan Resurslarının İdarə Edilməsi sahəsində praktiki bilik və bacarıqları inkişaf etdirməyi hədəfləyən, 110 saatlıq intensiv və təcrübəyə əsaslanan təlim proqramıdır.
Təlim, BAAU və insan resursları sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərin əməkdaşlığı ilə həyata keçirilir.
Təlim Detalları
Məkan
Təlimlər müasir auditoriyalarda, peşəkar mühitdə keçiriləcək.
Təlim müddəti
Ümumilikdə 110 saatlıq intensiv və təcrübi təlim modullarını əhatə edir.
Modullar
İnsan resurslarının idarə olunması üzrə müxtəlif mövzuları əhatə edən 5 fərqli modul.
Sertifikat
Təlimi uğurla başa vuran iştirakçılara tərəfdaş təşkilatların rəhbərləri tərəfindən imzalanmış rəsmi sertifikat təqdim olunacaq.
Sertifikat və Nəticə
“HRM Mini MBA” təlim proqramını uğurla tamamlayan iştirakçılar, insan resurslarının idarə edilməsi sahəsində praktiki biliklərə və real iş təcrübəsinə yiyələnmiş olacaqlar. Proqramın sonunda verilən sertifikat, yalnız bir kursun bitdiyini deyil, həm də peşəkar inkişaf yolunda atılmış ciddi bir addımı təmsil edir.
Sertifikat, layihənin 6 əsas tərəfdaşı tərəfindən imzalanaraq rəsmi şəkildə təqdim olunacaq.
İştirakçının real bacarıqlar və praktiki biliklər qazandığını sübut edir
Yerli və beynəlxalq HR sahəsində karyera fürsətləri üçün əlavə üstünlük yaradır
Şirkətlər və işəgötürənlər tərəfindən etibarlı sənəd kimi qəbul olunur
Tərəfdaşlar
🤝 Digital Academy Baku – Afaq Hüseyn
🤝 BAAU rəhbərliyi – Səyavuş Qasımov, Nigar Hüseynova, Sevda Rzayeva
🤝 HRENGINEERING MMC – Tural Məmmədov
🤝 Human Resource Development MMC – Nərgiz Seyid-zadə
🤝 Təlimçi və ekspert – Sevda Məmmədova
🤝 İnsan Resursları Assosiasiyası
Tədbir və Əməkdaşlıq Müqaviləsinin İmzalanması
4 aprel 2025-ci il tarixində Bakı Avrasiya Universitetində “HRM Mini MBA” layihəsinə dair rəsmi tədbir keçirildi. Digital Academy Baku-nun, Bakı Avrasiya Universitetinin və digər tərəfdaş şirkətlərin rəhbərlərinin arasında məhsuldar görüşlər və müzakirələr aparıldı. Tədbir zamanı təlimin əhəmiyyəti, məqsədləri və gələcək əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olundu. Sonda Digital Academy Baku və digər tərəfdaş təşkilatlar arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalandı. Bu təşəbbüs insan resurslarının inkişafı sahəsində mühüm bir addım hesab olunur və gələcəkdə daha genişmiqyaslı təlim və layihələr üçün əsas yaradır.
Əlaqə
Təlim proqramı, qeydiyyat prosesi və ya digər suallarınızla bağlı bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Komandamız sizə kömək etməyə həmişə hazırdır!
Mobil nomrə